top of page

Peşəkar onlayn tərcümə xidmətləri

Azerbaijani

TranslationServices.com istənilən dildə, istənilən mövzuda peşəkar tərcümə xidməti təmin edir. Ekspertlərdən ibarət komandamız Bakı, Təbriz, Gəncə şəhərlərində və bütün dünyada müştərilər üçün minlərlə sənəd tərcümə edib və müştəri məmnuniyyətinə nail olub. Azərbaycan, ingilis, hind, ispan çin dillərinə və ya bu dillərdən tərcüməyə ehtiyacınız varsa, biz sizin işinizi ən yüksək standartlara uyğun şəkildə tərcümə edəcəyimizə təminat veririk.

 

Qiymətləri öyrənmək üçün bizimlə əlaqə saxlayın.

 

Biz hansı xidmətləri təklif edirik?

 

TranslationServices.com təşkilatlardan, müəlliflərdən tutmuş alimlərə kimi müxtəlif təbəqələrdən olan müştərilər üçün yüksək keyfiyyətli tərcümə təmin edir. Təcrübəli tərcüməçilərdən ibarət komandamız Azərbaycan dili üzrə tərcümə xidmətləri göstərməklə yanaşı, müntəzəm olaraq 100-dən çox dil arasında tərcümə edir. Biz təklif edirik:

 

  • Akademik yazıların tərcüməsi. Biz istənilən mövzuda Azərbaycan dilindən ingilis dilinə, Azərbaycan dilindən alman dilinə, Azərbaycan dilindən yapon dilinə və bir çox digər dil cütləri arasında münasib qiymətə tərcümə edə bilərik.

 

  • Biznes sənədlərinin tərcüməsi. Sizə Azərbaycan dilindən ingilis dilinə və ya başqa dilə tərcümə olunmuş kataloq lazımdır? Biz İnsan Resurslarının idarə edilməsi üzrə təlimatlar, məhsul təsvirləri və digər biznes və marketinq kontenti üçün biznes sənədlərinin tərcüməsi xidmətlərini təklif edirik.

 

  • Bədii tərcümə. Beynəlxalq oxucu auditoriyanızı genişləndirməyə hazırsınız? Biz sevgi romanlarından tutmuş elmi fantastikaya, əlyazmalardan tutmuş memuarlara qədər, demək olar ki, bütün janrlarda kitablar tərcümə etmişik. Bədii tərcüməçilərimiz sizin yazıçı dilinizi və bədii üslubunuzu qoruyub saxlamaq üçün hərfi tərcümədən kənara çıxırlar.

 

  • Tibbi tərcümə. Biz tibbi tərcüməni özümüz təmin etmirik, sadəcə qeydləri, tibbi hesabatları, pasiyentlərlə müsahibələri və digər tibbi sənədləri Azərbaycan dilinə və ya Azərbaycan dilindən operativ şəkildə və dəqiqliklə tərcümə edə biləcək tibbi tərcümə şirkəti ilə əməkdaşlıq edirik.

 

  • Hüquqi sənədlərin tərcüməsi. Niyyət məktubları, aktlar, affidevitlər, Gizlilik Siyasəti və digər hüquqi sənədlərinizi tərcümə etmək üçün təcrübə və biliklərə malik olan hüquqi tərcümə şirkəti ilə əməkdaşlıq edirik. Hüquqi sənədlərin tərcüməsi üzrə tərəfdaşımız həmişə işini peşəkarlıqla görür və məxfiliyi qoruyur.

 

  • Təsdiq edilmiş tərcümə. Əgər sizə Azərbaycan dilindən tərcümə edilmiş akademik transkript, nikah haqqında şəhadətnamə və ya nikahın pozulması haqqında şəhadətnamə, habelə immiqrasiya və ya buna bənzər məqsədlər üçün digər mühüm sənədlər lazımdırsa, bu xidməti seçin.

 

  • Lokalizasiya. Biznesinizi xarici bazara çıxmaqla genişləndirmək istəyirsiniz? Kontentinizi konkret ölkələr və bölgələr üçün uyğunlaşdıra bilərik.

 

 

  • Ümumi mövzulu mətnlərin tərcüməsi. Sizə sadəcə Azərbaycan dilində olan sənədin mümkün qədər tez tərcümə edilməsi lazımdır? Biz, demək olar ki, hər şey haqqında münasib qiymətə və dəqiq tərcümə edirik, ona görə də Azərbaycan dili üzrə tərcümə ehtiyaclarınızı müzakirə etmək üçün bizimlə əlaqə saxlayın.

 

Biz kimik?

 

TranslationServices.com tərcüməçiləri sınanmış təcrübəyə malik və detallara qarşı olduqca diqqətli olan yüksək ixtisaslı mütəxəssislərdir. Azərbaycan dili üzrə tərcüməçilərimiz müxtəlif mövzularda ixtisaslaşırlar, yəni hər bir layihəni komandanın müvafiq üzvünə tapşırırıq. Sadə dillə desək, biz Bakı, Təbriz, Gəncə və digər şəhərlərin sakinlərinə ən yaxşı tərcümə xidmətləri təklif edirik.

 

Nə üçün TranslationServices.com-u seçməlisiniz?

 

  • Biz istənilən mövzu və ya janr üzrə biznes sənədlərinin, akademik yazıların və bədii əsərlərin münasib qiymətə və dəqiq tərcüməsini təmin edirik.

 

  • Biz istənilən dildə, istənilən mövzuda insan əməyi ilə peşəkar tərcümə xidməti təmin edirik.

 

  • Digər tərcümə xidməti təminatçılarından fərqli olaraq, biz maşın tərcüməsinə arxalanmır, hər bir tərcümə layihəsini peşəkar komandamızın üzvlərinə etibar edirik.

 

Biz peşəkar tərcüməçilərimizin öz işlərində nümayiş etdirdikləri yüksək keyfiyyət standartlarına görə qürur duyur və işimizdən məmnun qalacağınıza təminat veririk.

 

Qiymətləri öyrənmək üçün bizimlə əlaqə saxlayın.

bottom of page